BTV-nin efirində "Futbolda Biz” layihəsinin ilk buraxılışı təqdim olunub. Bugünkü buraxılışda aparıcı Hüseyn Gülməmmədov idman jurnalisti Aydın Bağırovla birgə aktual futbol mövzularını şərh edib. O, xüsusilə Napoli–Qarabağ görüşünü dəyərləndirərək Ağdam təmsilçisinin oyun planı, rəqibin üstün cəhətləri və matçın nəticəsinə təsir edən məqamlar barədə fikirlərini bölüşüb.
Aydın Bağırov həmçinin milli komandada legioner limiti ilə bağlı mövcud vəziyyətə toxunub. Jurnalist limitin hazırkı formatının tam doğru olduğunu hesab edib.