UEFA Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda “Qarabağ” öz meydanında Almaniyanın “Ayntraxt Frankfurt” komandasının 3:2 hesabı ilə məğlub etdi. Bu nəticədən sonra Ağdam təmsilçisi 99% ehtimalla pley-off mərhələsinə vəsiqəni təmin edib.
Bakupost.az xəbər verir ki, statistik modelləri ilə tanınan “Football Meets Data” platforması Çempionlar Liqasının liqa mərhələsi üzrə yeni proqnozlarını yayımlayıb. Təhlilə əsasən, həm ilk 8-lik, həm də ilk 24-lükdə yer alacaq komandalar demək olar ki, dəqiqləşib. Siyahıda turnirdəki təmsilçisimiz olan “Qarabağ”ın mövqeyi və mümkün rəqibləri diqqət çəkir.
Proqnozlara əsasən, liqa mərhələsini ilk 8-də bitirəcək komandalar bunlardır:
“Arsenal”, “Bavariya”, “Liverpul”, “Barselona”, “Real Madrid”, “Mançester Siti”, PSJ və “Atletiko Madrid”.
İlk 8-ə düşmək ehtimalı 100% olan komandalar isə “Arsenal” və “Bavariya”dır.
9–24-cü yerlər arasında qərarlaşacağı proqnozlaşdırılan komandalar sırasına daxildir:
“Tottenhem”, “Sportinq”, “Çelsi”, “Nyukasl”, “Atalanta”, “İnter”, “Yuventus”, “Borussiya Dortmund”, “Qalatasaray”, “Qarabağ”, “Marsel”, “Bayer Leverkuzen”, “Napoli”, “Monako”, “Olimpiakos” və “Atletik Bilbao”.
“Qarabağ”ın əsas mərhələsini ilk 24-də başa vurma ehtimalı 99,9%, ilk 8-də bitirmə ehtimalı isə 0% olaraq göstərilib.
Ağdamlılar liqa mərhələsindəki son oyununu yanvarın 29-da Bakı vaxtı ilə 00:00-da səfərdə İngiltərənin “Liverpul” klubuna qarşı keçirəcək.
“Football Meets Data”nın liqa mərhələsi üzrə proqnozları və turnirin pley-off mexanizmi əsasında aparılan analitik hesablamalara görə “Qarabağ”ın mümkün rəqibləri bunlardır:
1. “Borussiya Dortmund” – 16%
2. “Atalanta” – 14%
3. “İnter” – 13%
4. “Nyukasl” – 12%
5. “Yuventus” – 11%
6. “Sportinq” – 9%
7. “Çelsi” – 8%
8. PSJ – 7%
9. “Tottenhem” – 6%
10. “Atletiko Madrid” – 4%
Cavid, BakuPost