Ru
13:50 / 17 Sentyabr 2019

"Qarabağ"ın rəqibi baş məşqçisi ilə yollarını ayırdı

"Qarabağ"ın rəqibi baş məşqçisi ilə yollarını ayırdı
Eye

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi Lüksemburq "Düdelanj"ı baş məşqçisi Emilio Ferrera ilə yollarını ayırıb.


BakuPost.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 52 yaşlı belçikalı mütəxəssis rəhbərlik etdiyi kollektivin ölkə çempionatında uğursuz çıxış etməsinə görə postundan uzaqlaşdırılıb. Komanda müvəqqəti olaraq köməkçi-məşqçi Bertran Krassona həvalə olunub.

Cari çempionatda 5 oyun keçirən "Düdelanj" 4 xalla 14 komanda arasında 12-ci pillədə qərarlaşıb.


Qeyd edək ki, "Qarabağ" qrup mərhələsində “Düdelanj”la ilk matçını oktyabrın 3-də səfərdə, dekabrın 12-də isə evdə keçirəcək.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar