Ru
23:08 / 22 Oktyabr 2025

Qardaş və bacıların ölümünə səbəb olan ağır qəzanın TƏFƏRRÜATI - VİDEO

Qardaş və bacıların ölümünə səbəb olan ağır qəzanın TƏFƏRRÜATI - VİDEO
Eye

Oktyabrın 21-də Oğuz-Şəki avtomobil yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı yeni təfərrüat məlum olub.

Bakupost.az BAKU TV-yə istinadən xəbər verir ki, qəza nəticəsində həyatını itirən qardaş və iki bacının yaxınları hadisə barədə danışıblar.

"Bir ailəni başsız qoydu. Qardaşımın, uşaqların üzünə baxa bilmirik. Gəlinimizin üç uşağı yetim qaldı", - qohumlardan biri söyləyib.


Qeyd edək ki, iki avtomobilin toqquşması nəticəsində maşınların birində olan 44 yaşlı Pərvanə Mehdiyeva, onun bacısı 26 yaşlı Yeganə Məmmədova və qardaşı 33 yaşlı Turan Rəsullu hadisə yerində dünyasını dəyişiblər. Digər avtomobilin sürücüsü 48 yaşlı Ədalət Abbasov və sərnişin 43 yaşlı Nuranə Həsənova ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı videomaterialda:

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar