Ru
12:01 / 22 Yanvar 2020

Qaşıqçının qətli ilə bağlı daha bir İDDİA

6163
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Camal Qaşıqçının öldürülməsindən 5 ay əvvəl, jurnalistin işlədiyi "Washington Post" qəzetinin rəhbəri Cef Bezosun (Jeff Bezos) telefonundakı şəxsi məlumatları haker müdaxiləsi ilə ələ keçirib.

Bu iddianı "Guardian" qəzeti ortaya atıb.


Qəzetin yazdığına görə, "Washington Post" qəzetinin müdiri və "Amazon" alış-veriş saytının sahibi Cef Bezosun mobil telefonu bin Salmanın "WhatsApp" hesabından göndərilən video mesajla hakerlər tərəfindən ələ keçib.

1 may 2018-ci ildə göndərilən mesajdan sonra Bezosun mobil telefonundakı çox sayda məlumat yüklənib.

Qeyd edildi ki, Camal Qaşıqçının qətl hadisəsi haker hücumundan 5 ay sonra törədilib və Bezosun şəxsi həyatı ilə bağlı xəbərlər 9 ay sonra ABŞ-da dərc olunan "National Enquirer" qəzetində yayımlanmağa başlayıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı rəhbərliyi jurnalist Camal Qaşıqçının İstanbuldakı konsulluqda qətlə yetirilməsində ittiham olunan 5 nəfər barəsində edam qərarı çıxarıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər