Ru
15:19 / 05 Fevral 2026

Qatarla avtomobil toqquşdu - 22 yaşlı sürücü öldü

Qatarla avtomobil toqquşdu - 22 yaşlı sürücü öldü
Eye

Xaçmazda qatarla avtomobil toqquşub.


Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Nərəcan kəndindəki dəmir yolu keçidində baş verib.

Belə ki, “VAZ” markalı avtomobili hərəkətdə olarkən qatar vurub. Nəticədə avtomobilin sürücüsü, Xaçmaz rayon Ağtala kənd sakini 2004-cü il təvəllüdlü Səid İlham oğlu Çələbiyev ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata əsasən, bu gün saat 09:45 radələrində Xaçmaz-Qusarçay sahəsində minik avtomobili dəmiryol keçidindən keçid qaydalarını pozaraq hərəkətdə olan teplovozun qarşısına çıxıb: “Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub. Minik avtomobilinin sürücüsü xəstəxanaya aparılıb.

Hadisə nəticəsində dəmiryol infrastrukturuna zərər dəyib, faktla bağlı araşdırma aparılır.

ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar