Qazaxda 18 yaşlı 2 qızı avtomobil vurub

  • 24 Sen 2019 23:14
  • 328 Baxış
Qazaxda 18 yaşlı 2 qızı avtomobil vurub
Qazax rayonunda iki piyadanı avtomobil vurub.

BakuPost-un "Report"a istinadən məlumatına görə, hadisə rayonun İkinci Şıxlı kənd ərazisində qeydə alınıb.

Belə ki, yolu qarşı tərəfə keçmək istəyən, 2001-ci il təvəllüdlü Tamaşa Əli qızı Məmmədovanı və onun həmyaşıdı Gülnur Məqsəd qızı Mirzəliyevanı "Tofaş" markalı avtomobil vurub. Xəsarət alan hər iki piyada Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb.

Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.