Ru
16:07 / 22 Yanvar 2020

Qazaxıstan sərhədində 4 azərbaycanlı saxlanıldı

Qazaxıstan sərhədində 4 azərbaycanlı saxlanıldı
Eye

“Bayda” tipli kiçik üzgüçülük gəmisində dövlət sərhədini qanunsuz olaraq keçən Azərbaycan Respublikasının dörd vətəndaşı Qazaxıstanın ərazi sularında Qazaxıstan sərhədçiləri tərəfindən saxlanılıb.

“Sputnik Qazaxıstan”ın xəbərinə görə, Xəzərin cənub-qərbini qanunsuz keçmə faktı yanvarın 22-nə keçən gecə qeydə alınıb.


Saxlanılan şəxslər barəsində dövlət sərhədini qəsdən qanunsuz olaraq keçmək maddəsi ilə istintaqa başlanılıb.

Məlumatda qeyd olunur ki, “Bayda” tipli gəmilər Xəzərdə nərə balığının qanunsuz ovlanması ilə məşğul olan brakonyerlər tərəfindən fəal istifadə olunur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar