Ru
12:05 / 08 Yanvar 2021

Qazimiz “YAŞAT” Fonduna rəhbər təyin edildi

Qazimiz “YAŞAT” Fonduna rəhbər təyin edildi
Eye

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna ("YAŞAT" Fondu) rəhbər təyin edilib.

"BakuPost" “Report”a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Fondun rəhbəri vəzifəsinə Qarabağ qazisi Elvin Hüseynov təyin olunub.

Fondun müdir müavini vəzifəsi isə Rəbiyyə Cəfərovaya həvalə edilib. O, əvvəllər "ASAN Könüllüləri" Təşkilatının sədr müavini, daha sonra "ASAN məktub" layihəsinin rəhbəri vəzifəsində işləyib.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərman imzalayıb.

Şərhlər
  • Rzayev ehlinaz

    Men rzayev Ehlinaz heyat yoldaşlm 1992 ci ilde agdere suqovuşan doyuşlerinde rzayev esger valeh oglu su qovuşanda doyuşerken qehremancaslna şehid olub evimle elaqadader size muraciet edirem ki mene yardlm edesiz xahiş edirem ki imkanslz aile oldugum uçun mene Yardlm edesiz

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar