Ru
20:49 / 20 Aprel 2019

Qəbələdəki ağır qəzada 1 nəfər öldü

2660
Qəbələ rayonunda
baş verən ağır yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanların adları məlum
olub.

 

BakuPost.az-ın ONA-ya istinadən məlumatına görə, bu gün saat 17:00
radələrində Qəbələnin Bunud kəndi ərazisində "BMW" və
"VAZ-2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində
Bunud kənd sakini, 1977-ci il təvəllüdlü Vəliyev Ceyhun Yarməmməd oğlu aldığı
ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.

 

 

Hadisə zamanı
Qəbələ və Bakı sakinləri - Xəlilov Emin Qulfəddin, Osmanlı İlkin Heydər oğlu,
Nəcəfzadə Ruslan Aydın oğlu, Nəbiyev Elçin Yaşar oğlu, Abbasov Murad Aydın oğlu
müxtəlif bədən xəsarətləri ilə Qəbələ Diaqnostika Mərkəzinə və Qəbələ rayon
Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı
cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər