Ru
20:35 / 21 Avqust 2025

Qəzzada döyüşlər bitmək üzrədir - Netanyahu

Qəzzada döyüşlər bitmək üzrədir - Netanyahu
Eye

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada döyüşlərin yaxın vaxtlarda bitə biləcəyini söyləyib.

Bakupost.az xəbər verir ki, bu barədə o, “Sky News”a müsahibəsində bildirib.

O vurğulayıb ki, HƏMAS razılaşmaya getsə belə, İsrail yerdə qalan terrorçuları məhv etmək və ölkənin təhlükəsizliyini təmin etmək üçün əməliyyat keçirəcək.

“Hər bir halda bunu edəcəyik. HƏMAS-ı orada saxlamaq məsələsi heç vaxt olmayıb. ABŞ Prezidenti Donald Tramp bunu ən yaxşı formada deyib: HƏMAS Qəzzadan yox olmalıdır”, - Netanyahu qeyd edib.

O əlavə edib ki, HƏMAS üzvləri silahlarını yerə qoysa və ən azı 20-si sağ olan qalan 50 girovu da azad etsə, müharibə bu gün başa çata bilər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar