Ru
23:19 / 13 Oktyabr 2025

“QHT işi”: Şəhla İsmayıl da təqsirləndirilən şəxs qismində tanındı

“QHT işi”: Şəhla İsmayıl da təqsirləndirilən şəxs qismində tanındı
Eye

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl da Baş Prokurorluqda istintaqı gedən yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tanınıb.


Bakupost.az xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürülüb.


Şəhla İsmayılın təqsirləndirilən şəxs qismində tanınması oktyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində qadın hüquqları müdafiəçisi Nərgiz Muxtarovanın işinə baxılarkən məlum olub.


Qeyd edək ki, N.Muxtarova da “QHT işi” üzrə cinayət məsuliyyətinə cəlb olunub. Onun işinə Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə, Novruz Kərimov və Rasim Sadıxovdan ibarət hakimlər kollegiyası baxır. “QHT işi” üzrə toplam 15-ə yaxın vətəndaş cəmiyyəti təmsilçisi cinayət məsuliyyətinə cəlb olunub. Cinayət işi başlayandan sonra 5 nəfər həbs olunub, digər təşkilat rəhbərləri haqqında isə başqa yerə getməmə və s. qətimkan tədbirləri seçilib. Təqsirləndirilən QHT təmsilçilərindən bir neçəsinin məhkəməsi başlayıb. Oktyabrın 22-də “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun da məhkəməsi başlayacaq.


Şərhlər
  • Roma

    Həbs olunası adam, keçmiş deputat, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Elmira Axundova və onun harınlamış oğlu Həbibdir. Bu ana-bala bir neçə nəfərin böyük məbləğdə pullarını, iş görmək adı ilə alıb qaytarmayıblar, yəni moşenniklik ediblər, bəs niyə həbs olunmurlar...

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar