Ru
11:08 / 27 Fevral 2026

Qida terrorunun qarşısı alınmalıdır - Çingiz Qənizadə

Qida terrorunun qarşısı alınmalıdır - Çingiz Qənizadə
Eye

Bu günlərdə marketlərdən birində kifli pendirin kif olan hissəsinin kəsilib yenidən satışa qoyulması ilə bağlı görüntülər yayılmışdı. Minlərlə soydaşımız keyfiyyətsiz məhsul almağa davam edir.

Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsinin müzakirəsi zamanı bildirib.

“Çox ciddi bir faktdır. Bundan başqa, hansısa toyda, şənlikdə 200 adam zəhərlənir, amma nəticəsi nə olur? Heç kəs cəzalandırılmır.
Bir ara “Leş Tofiq” adı ilə tanınan şəxs də ölü ət satırdı, tutulurdu, amma 3 gündən sonra azad edirdilər. Ombudsmanla əməkdaşlığı yenidən qurmalıyıq. Bu, olduqca təhlükəli faktdır. Azərbaycan vətəndaşlarına qarşı qida terrorunun qarşısı alınmalıdır”, - Ç.Qənizadə qeyd edib.

Millət vəkili televiziya efirləri ilə bağlı məsələyə də reaksiya verib: “Bundan başqa, əxlaqsız kişi və qadınları sosial şəbəkələrdən, telekanallardan yığışdırmaq üçün səsimizi ucadan çıxaraq. Səsimiz çox zəif çıxır”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar