ABŞ-nin İranla gərginliyinin yenidən artması, neft qiymətlərinin yüksəlməsi və faiz gözləntilərinin güclənməsi qızılın qiymətinə təzyiq göstərib.
“Bakupost” xəbər verir ki, spot qızılın unsiya qiyməti 0,5% artaraq 3 988,20 dollara yüksəlsə də, həftəlik ifadədə təxminən 3,2% ucuzlaşaraq son altı həftənin ən böyük itkisinin astanasına gəlib.
Analitiklərin fikrincə, neft qiymətlərinin bahalaşması inflyasiya risklərini artırır və ABŞ-nin Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcələrini artıracağına dair gözləntiləri gücləndirir. Bu isə faiz gəliri olmayan qızıla tələbi azaldır.
Bazar iştirakçıları qızılın gələcək qiymət dinamikasını müəyyən edəcək əsas amillər kimi Yaxın Şərqdəki vəziyyəti, neft qiymətlərini və FES-in faiz siyasətini izləyirlər.
Vüsalə Hüseynova,
BakuPost