Ru
16:49 / 22 Sentyabr 2025

“Qızıl top” bu axşam Yamala veriləcək - Xəbər sızdırıldı

“Qızıl top” bu axşam Yamala veriləcək - Xəbər sızdırıldı
Eye

Bu gün UEFA və “France Football” jurnalının birgə layihəsi olan “Qızıl top” mükafatı təqdim olunacaq.

Bakupost.az xəbər verir ki, mərasim Parisdəki Şatle teatrında keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, dünyanın ən yaxşı futbolçusu milli komandaların baş məşqçiləri, kapitanları və idman jurnalistlərinin səsverməsi ilə müəyyən ediləcək. Qalib təqvim ili üzrə deyil, 2024/25 mövsümünün nəticələrinə görə seçiləcək.

Lakin hələ mükafatlandırma mərasimindən əvvəl sosial şəbəkələrdə “Qızıl top”un nəticələri yayılıb. Bu məlumata görə, ilin ən yaxşı oyunçusu adına İspaniya çempionu “Barselona”nın gənc hücumçusu, cəmi 18 yaşı olan Lamin Yamal layiq görüləcək.

"Qızıl top"a namizədlər onlardı:

Cud Bellingem (İngiltərə, "Real")
Usman Dembele (Fransa, "Paris Sen-Jermen")
Canluici Donnarumma (İtaliya, "Mançester Siti")
Dezire Duye (Fransa, "Paris Sen-Jermen")
Denzel Dumfris (Niderland, "İnter")
Seru Girasi (Qvineya, "Borussiya" Dortmund)
Viktor Dyekereş (İsveç, "Sportinq"/"Arsenal")
Erling Haland (Norveç, "Mançester Siti")
Əşrəf Hakimi (Mərakeş, "Paris Sen-Jermen")
Harri Keyn (İngiltərə, "Bavariya")
Xviça Kvaratsxeliya (Gürcüstan, "Paris Sen-Jermen")
Robert Levandovski (Polşa, "Barselona")
Aleksis Makallister (Argentina, "Liverpul")
Lautaro Martines (Argentina, "İnter")
Kilian Mbappe (Fransa, "Real")
Skott Maktominay (Şotlandiya, "Napoli")
Nunu Mendeş (Portuqaliya, "Paris Sen-Jermen")
Joau Neveş (Portuqaliya, "Paris Sen-Jermen")
Maykl Olise (Fransa, "Bavariya")
Koul Palmer (İngiltərə, "Çelsi")
Pedri (İspaniya, "Barselona")
Rafinya (Braziliya, "Barselona")
Deklan Rays (İngiltərə, "Arsenal")
Fabian Ruis (İspaniya, "Paris Sen-Jermen")
Məhəmməd Salah (Misir, "Liverpul")
Vircil van Deyk (Niderland, "Liverpul")
Vinisius Junior (Braziliya, "Real")
Vitinya (Portuqaliya, "Paris Sen-Jermen")
Florian Virts (Almaniya, "Bayer"/"Liverpul")
Lamin Yamal (İspaniya, "Barselona")

“Qızıl top” bu axşam Yamala veriləcək - Xəbər sızdırıldı
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar