Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan NATO Parlament Assambleyasının sessiyasında Azərbaycanla sülh sazişinin tezliklə imzalanmasına və ratifikasiyasına ümid etdiyini bildirib.
Bakupost.az -ın erməni KİV-ə istinadən xəbərinə görə, o, Türkiyə ilə münasibətlərin normallaşdırılmasının prioritet olaraq qaldığını, İrəvanın dərhal diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazır olduğunu vurğulayıb.
Rubinyanın fikrincə, Ermənistan təhlükəsizlik sistemini diversifikasiya etməyi hədəfləyir və Şərqlə Qərb arasında tranzit qovşağına çevrilə bilər. O, avqustun 8-də Vaşinqtonda ABŞ-nin dəstəyi ilə Ermənistan və Azərbaycan liderlərinin sülh bəyannaməsi imzaladığını, dövlətlərarası münasibətlərin qurulmasına dair sazişi parafladığını xatırladıb və bunu regionda sabitliyə doğru tarixi addım adlandırıb.
Zaur, BakuPost