"Azərbaycanlı futbolçu “Barselona”da oynayacaq. İbrahim Babayev adlı həmyerlimizi bəyənibmiş. Xəbər kimi çox gözəldi! Amma bir fakt var, heç bilirsinizmi, İbrahim kimdi?"
Bakupost.az xəbər verir ki, bu sözləri idman jurnalisti İxtiyar Əsgərov sosial şəbəkədə yazıb.
O bildirib ki, İbrahim Babayev “Sumqayıt” futbol klubunun prezidenti Riad Rəfiyevin bacısı oğludur.
“Sanki, Azərbaycanda İbrahimdən bacarıqlı futbolçu yoxdur. Axtarsan "n" qədərdi, amma baxırsan ki, Riad kimi dayısı, DTX tərəfindən həbs edilən Adnan Əhmədzadə kimi tanışları yoxdu.
Bəlkə də, ispaniyalı skautlar həqiqətən də Babayevdə nəsə görüb, bəyəniblər, uğurlar olsun. Həqiqətən elədirsə, halaldı!
Amma mən bu videonu görmüşəm deyə, məşhur mahnıda deyildiyi ki, inanmaram, inanmaram. Siz də özünüz bilərsiz...”
Aysel,
BakuPost
Bu ölkənin suyundandir ya nədəndir bilmirəm amma bir nəfər bürüyən kimi çaqqal sürüsü tökülüşüb didirlər ey leşyeyənlər)) istəyir Adnan olsun, Ələkbər olsun ya İvan olsun
Bizim firma 120 neferden ibaretdir, 2-4 nefer var en azı, inandiriram sizi - neinki Ispaniyanin 2 ci divizion komandalarinda hetta Barselonanin esas heyyetinde oynamaga layiq oyunculardir, ama tanis ve day daylari yoxdur... Siz tesevvur edin her 120 nefer gencin arasindan 5 en azı deyirem hele super oyuncu kesf etmek olar, hele tesevvur edin milyon gencin arasindan nece istedadlar tapmaq olar, ama ne fayda...
Kim olacaq...Dostunun oglu.
Siz yalan məlumatlar paylaşırsız Siz yazdıqlarınız doğru deyil İbrahim 4 yaşından futbol oynayır və professional futbolçudur onun üçün Barcelona futbol klubuna qəbul edilib