İranın Ermənistandakı yeni səfiri Xəlil Şirqulami ola bilər.
Bakupost.az xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi bildirib.
Qeyd edilir ki, o, hazırda İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin Tədqiqat və Təhlil şöbəsinin müdir müavini vəzifəsini tutur. Ermənistana gedərsə, bu, onun səfir kimi ilk missiyası olacaq.
Qeyd edək ki, hazırda İran İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Sobhanidir. O, qatı anti-Azərbaycan mövqeyi ilə seçilir.
Zaur,
BakuPost