Ru
14:34 / 22 Sentyabr 2025

Daha bir Avropa ölkəsi Fələstini tanımaq istəyir

Daha bir Avropa ölkəsi Fələstini tanımaq istəyir
Eye

Danimarka Fələstin dövlətini tanımaq planı üzərində işləyir.

Bakupost.az “Asharq Al-Awsat” qəzetinə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Lars Lökke Rasmussen məlumat verib.

“Biz Fələstini tanımaq planı üzərində işləyirik. Mən BMT Baş Assambleyasının sessiyasında Danimarkanın mövqeyinə dair aydın yanaşmanı təqdim edəcəyəm”, - deyə diplomat bildirib.

Bundan əvvəl Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan bəyan etmişdi ki, Fələstinin respublika kimi tanınması sadəcə zaman məsələsidir.

Xatırladaq ki, sentyabrın 21-də Böyük Britaniya hökuməti rəsmi şəkildə Fələstini suveren dövlət kimi tanıyıb. Eyni qərarı Kanada və Avstraliya hökumətləri də qəbul edib.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar