Qızıl qiymətləri ABŞ Prezidenti Donald Trampın Qrenlandiya hədələri və Avropa ilə ticarət gərginliyini artırma riski, NATO ittifaqına təzyiq yaratması, həmçinin dolların zəifləməsi səbəbindən bu gün səhər 4.843,67 dollara qalxaraq bütün zamanların rekordunu qırıb.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, qiymətlər bununla da dayanmayıb. Ən yeni məlumatlara görə, qızıl bir müddət əvvəl 4 887 dollar səviyyəsində qalxıb və gün ərzində 2 rekord yeniləyib. Hazırda qızılın qiyməti 4 880 dollar ətrafında bərkiyib. Bu, qlobal bazarlarda geosiyasi gərginlik və investorların təhlükəsiz liman aktivlərinə yönəlməsi ilə bağlıdır. Analitiklər bu səviyyəni psixoloji hədd olan 5.000 dollara yaxınlaşma siqnalı kimi qiymətləndirirlər.
Analitiklər bildirib ki, “Trampın Avropaya qarşı gömrük siyasəti və Qrenlandiya məsələsində gərginlik ABŞ-a olan etibarı zəiflədib və qızılın yüksəlməsinə səbəb olub”. Fransa Prezidenti Emmanuel Makron isə Trampın hədələrinə qarşı çıxaraq Avropanın qorxudulmayacağını vurğulayıb.
Cavid, BakuPost