Ru
18:13 / 14 İyul 2017

Qobustanda ağır yol qəzası - Yaralılar var

Qobustanda ağır yol qəzası -  Yaralılar var
Eye

Bakı-Şamaxı yolunda iki nəfərin ağır xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Ceyhun Kərimov idarə etdiyi "KİA” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü və həyat yoldaşı, 1993-cü il təvəllüdlü Ziyafət Kərimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar təcili yardım avtomobili ilə Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.  

 

BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar