Ru
23:54 / 10 Dekabr 2025

Qonşuda ali məktəblərdə təhsil müddəti qısaldıldı

Qonşuda ali məktəblərdə təhsil müddəti qısaldıldı
Eye

Gürcüstan parlamenti "Ali təhsil" haqqında Qanuna düzəlişləri üçüncü oxunuşda qəbul edib.

Bakupost.az Report-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.

Yeni dəyişikliklərə əsasən, bakalavr dərəcəsi almaq üçün ali məktəblərdə təhsil müddəti dörd il əvəzinə üç il, magistr dərəcəsi almaq üçün isə iki il əvəzinə bir il olacaq. Bundan əlavə, doktoranturaya qəbul üçün hazırlıq məqsədilə əlavə bir il ayrılacaq.

Bununla yanaşı, Gürcüstan vətəndaşları dövlət universitetlərində bakalavr və magistratura səviyyəsində tamamilə pulsuz təhsil alacaqlar, lakin fakültələr üzrə kvotalar tətbiq olunacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar