Ru
11:37 / 08 Oktyabr 2026

Qonşuda hərbi xidmətə çağırış yaşı artırıldı

Qonşuda hərbi xidmətə çağırış yaşı artırıldı
Eye

Ermənistanda məcburi hərbi xidmətdən möhlət hüququ əldə etmiş müəyyən qrup vətəndaşlar üçün çağırış yaşı həddi 32-yə qaldırılacaq.

"Bakupost" "Unikal"a istinadla xəbər verir ki, Ermənistan Hökuməti Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin bu barədə təqdim etdiyi layihəni təsdiqləyib.

Bununla belə, Nazirliyin məlumatına görə, vətəndaşlar bəzən xarici universitetlərdə tədrisin xüsusi təşkili, yaxud seçdikləri peşənin və ya tədqiqat fəaliyyətinin spesifik xüsusiyyətləri səbəbindən təhsillərini müəyyən edilmiş müddətdə başa çatdıra bilmirlər. Bundan əlavə, əsas faydalananlar – yəni peşə hazırlığından sonra hökumət tərəfindən müəyyən edilmiş sahədə azı üç il işləmək şərti ilə möhlət hüququ qazanan şəxslər – qanunvericilikdə nəzərdə tutulan çağırış yaşı həddini keçdikləri üçün bu imkandan yararlana bilmirdilər.

Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin fikrincə, bu problem xüsusilə aspirantura və ya magistraturadan sonrakı təhsil pilləsində oxuyan tələbələr üçün aktualdır. Nazirliyin əsaslandırmasına görə, onlar təhsillərini adətən 27 və ya 28 yaşlarında başa vururlar. Müvafiq möhlət hüququndan yararlanmaq üçün isə həmin vaxtdan sonra daha azı üç il müddətində hərbi çağırışa cəlb olunma statusunu saxlamalı olurlar.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar