Ru
23:04 / 11 Noyabr 2025

"Quql" bu layihələrə 5,5 milyard avro sərmayə qoyacaq

"Quql" bu layihələrə 5,5 milyard avro sərmayə qoyacaq
Eye

Amerikanın Google texnologiya şirkəti növbəti dörd il ərzində Almaniyada layihələrə 5,5 milyard avro investisiya qoymağı planlaşdırır.

Bakupost.az xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı şirkətin Almaniya əməliyyatlarının rəhbəri Filip Yustusun açıqlamasına istinadən yazıb.

Konkret olaraq, vəsaitlərin Hessen federal torpağının Ditsenbax şəhərində yeni məlumat mərkəzinin tikintisinə və Hanauda mövcud məlumat mərkəzinin genişləndirilməsinə yönəldilməsi planlaşdırılır.

Bundan əlavə, "Google" Berlin, Münhen və Frankfurtda şəhərlərində iştirakını genişləndirəcək. Bu, Almaniyada ən böyük investisiya proqramıdır və şirkət 2029-cu ilin sonuna qədər ölkədə hər il təxminən 9000 iş yeri yaratmağı planlaşdırır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar