Ru
12:10 / 19 Mart 2026

Ququşdan İran xalqına çağırış

Ququşdan İran xalqına çağırış
Eye

İslam Respublikası 47 ildir ki, kimliyimizi silmək ümidi ilə sevimli Çərşənbə ənənələrimizi ləğv etmək üçün əlindən gələni edib. Ancaq hər il bu cəhdləri boşa çıxıb.

Bakupost.az xəbər verir ki, bunu Amerikada yaşayan azərbaycanlı müğənni Faiqə Atəşi (Ququş) Novruz bayramı münasibətilə iranlılara etdiyi müraciətində deyib.

“Bu il, hətta ən ağrılı qırğınlardan sonra belə, cəsur xalqımız yenə də meydanlara çıxdı. İnsanlar tonqalların üzərindən atılaraq etiraz şüarları səsləndirdilər. Bu, bizim mövcud rejimin kölgəsi altında qeyd etdiyimiz son bayram olacaq. Gələn il hamımız birlikdə azad İranda bayram keçirəcəyik”, - Ququş bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar