Ru
21:49 / 11 Sentyabr 2025

Qurban Qurbanovun oğlunun musiqisiz toyundan ilk görüntülər - VİDEO

Qurban Qurbanovun oğlunun musiqisiz toyundan ilk görüntülər - VİDEO
Eye

Qarabağ”ın futbolçusu, Qurban Qurbanovun oğlu Musa Qurbanlının toy məclisi baş tutub. Əsmər adlı xanımla ailə quran oyunçunun toyu maraqlı anlara səhnə olub.

Bakupost.az OLAY-a istinadla xəbər verir ki, şəhər restoranlarından birində keçirilən məclis dini səbəblər əsas gətirilərək iki hissəyə ayrılıb.

Bir hissədə bəylər, digər hissədə xanımlar olub. Nə qadınların yığıldığı məclisdə, nə də kişi məclisində musiqiçilər olmayıb.

Xanımların olduğu zalda Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar akapella ifalarla kifayətləniblər. Bundan başqa gecədə Əməkdar artist Sevda Ələkbərzadə səhnə alıb.

Məclisin aparıcısı Leyla Quliyeva olub.

Qeyd edək ki, Q.Qurbanov ötən ilin noyabrında “Qoçət” restoranlar şəbəkəsinin sahibi Sənan Təhməzovla qohum olub.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar