Ru
19:58 / 18 Oktyabr 2025

Ramiz Mehdiyevlə bağlı bu addım atılacaq

Ramiz Mehdiyevlə bağlı bu addım atılacaq
Eye

Xəbər verdiyimiz kimi, Ramiz Mehdiyev Azərbaycan Respublikası Təhlükəzlik Şurasının üzvlüyündən azad edildi.

Bakupost.az-ın məlumatına görə, APA-nın əldə etdiyi informasiyada bildirilir ki, Mehdiyev yüksək dövlət mükafatlarından da məhrum ediləcək.

Onun AMEA-nın həqiqi üzvlüyündən və YAP sıralarından xaric ediləcəyi şübhə doğurmur. Təbii ki, AMEA və YAP sıralarında dövlətə xəyanət ittihamı ilə yaşayan birini saxlamayacaq.

“Ramiz Mehdiyev həyatını yüksək dövlət mükafatları olan, bürokratik sistemdə uzun müddət çalışmış, ömrü boyu həsrətində olduğu ziyalı adını qazana bilməsə də, akademik elmi dərəcəsi və hakimiyyət partiyasının funksioneri kimi başa vura bilərdi. Ailəsi, övladları və yaxınları Azərbaycan Prezidentinin onlara lütf etdiyi himayənin altında yaşaya bilərdilər.

Amma Ramiz Mehdiyev dövlətə xəyanət ittihamı ilə, bütün titul və adları geri alınmış, Azərbaycan dövlətinə və xalqın Zəfər Liderinə xəyanət etmiş şəxs kimi tarixdə qalmağı, belə ölməyi seçdi”, - məlumatda vurğulanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar