Ru
07:46 / 30 Mart 2026

Rasim Balayevin cənazəsi ölkəyə gətirildi - FOTO

Rasim Balayevin cənazəsi ölkəyə gətirildi -  FOTO
Eye

İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edən Xalq artisti Rasim Balayevin cənazəsi Bakıya gətirilib.

Balupost.az xəbər verir ki, mərhum aktyorun nəşini daşıyan təyyarə gecə saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.
Bir neçə saat sonra görkəmli sənətkarla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçiriləcək. Daha sonra o, I Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, “Babək”, “Nəsimi”, “Beyrək” kimi yaddaqalan obrazları ilə tanınan aktyor 77 yaşında dünyasını dəyişib. Ömrünün sonuna qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri işləyən Rasim Balayev “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar