Ru
18:00 / 29 Mart 2026

Pensiyanız yenidən hesablana bilər - QAYDASI BELƏDİR

Pensiyanız yenidən hesablana bilər -  QAYDASI BELƏDİR
Eye

Bu dəfə təqdim etdiyimiz mövzu əmək pensiyasının yenidən hesablanması qaydası ilə bağlıdır.

Bakupost.az Oxu24.com-a istinadən xəbər verir ki, əvvəllər təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün tələb olunan sənədlər və onların təqdimat forması hansı qaydada həyata keçirilir?

Cavab: Xidmət üzrə tələb olunan sənədlər:

1. Şəxsiyyət vəsiqəsi (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi);

2. Ümumi iş (sığorta) stajını təsdiq edən sənədlər (əmək kitabçası, hərbi bilet və ya xidmət dövrünü təsdiq edən müvafiq arayış, əyani təhsil dövrünü təsdiq edən müvafiq sənəd və s.);

Xidmət üzrə sənədlərin təqdimetmə forması:

- əsli,

-surəti,

-notarial təsdiq edilmiş surəti,

-elektron surəti

Yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən şəxs pensiyaçı kimi 6 ildən tez işdən azad olunarsa, onun pensiya məbləği pensiya təyin edilən tarixdən işdən azad olunduğu tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı əsasında yenidən hesablanır.

Başqa sözlə desək, pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144) pensiyaçının pensiya təyin edildikdən, yaxud yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.

Əlilliyə görə əmək pensiyası isə eyni formada avtomatlaşdırılmış qaydada yenidən hesablanır.

Məsələn, şəxsə 2022-ci ilin 1 fevral tarixində yaşa görə əmək pensiyası təyin edilib və şəxs işləməyə davam edir. O, 2024-cü ilin 1 fevral tarixində işdən azad olunub, yəni şəxs ona pensiya təyin olunduqdan sonra 24 ay işləyib. Bu zaman fərdi hesabının sığorta hissəsində 2022-ci il fevralın 1-dən 2024-cü il fevralın 1-dək 2300 manat pensiya kapitalı qeydə alınıb. Bu halda şəxsin həmin dövr üzrə toplanmış pensiya kapitalı (2300 manat) 120-ə (144-24 (pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı)=120) bölünməklə pensiya məbləği yenidən hesablanır.

Güzəştli əsaslarla yaşa görə pensiya alan və işləyən şəxs işdən azad olunursa, pensiya yenidən necə hesablanır?

Əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən şəxs fasiləsiz olaraq pensiyaçı kimi 6 il işlədikdə və ya 6 ildən tez işdən azad olunduqda onun pensiya məbləği sonradan işlədiyi dövr üzrə toplanmış pensiya kapitalı əsasında yenidən hesablanır.

Məsələn, şəxsə 2021-ci ilin 1 sentyabr tarixində əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib və işləməyə davam edir. O, 2023-cü il mayın 1-də işdən azad olunub və fərdi hesabının sığorta hissəsində sentyabrın 1-dən 2023-cü il mayın 1-dək 3100 manat pensiya kapitalı qeydə alınıb. Bu halda şəxsin həmin dövr üzrə toplanmış pensiya kapitalı (3100 manat) 124-ə (144-20 (pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı) =120) bölünməklə pensiya məbləği yenidən hesablanır.

Şərhlər
  • Ruslan Isayev

    Bu qanun neçənci ildən pensiyaya çıxan şəxslə şamil olunur? Mənim atam Neft daşlarlnda ağır iş rejimində işləyib. 2009 da pensiya çıxanda əmək şəraitin nəzə almayıb yaşla əlaqədar pensiya kəsilib. Bu qanunla pensiyanı artımı olarmı?

  • İradə

    Salam. 144 ay 12 il deməkdir. Sığorta hissəsində olan məbləğ 12 ildən sonra bitir. Pensiyaçı 12 ildən artıq yaşayırsa ona həmən pensiya məbləği ödənilməyə davam edirmi ?

  • İsmayıl

    Salam Mən əlliyimlə əlaqədar hərbidən pensiyaya çıxmışam 100 ay tamam işləmişəm və işim davam edir yığılan kapitalımı işdən çıxsam neçəyə bölünəcək? sizin dediyinizə görə 44 ə bölünəcək yoxsa işlədiyim aylara?

  • Rojda

    Ay key balaxanim, gözəl dedin amma bu qədər təhqiramiz sözlər və ifadəli cümlələr heç gözəl deyil

  • Bəhi

    Pensiyanı (iki il öncə hesablayıb, təsdiqləmiş təşkilat) əski iş yerindən (20 il öncədən) gözlənən qalıq ödənişi həmin MMC, ya əvəzçisindən tələb edib-ödətdirib, yenidən hesablaya bilərmi? Qalıq maaş, ya çıxış hesabatı ödənməyib, heç olmazsa, həmin məbləğ pensiya hesabatında öz əksini tapsın? Yoxsa, özəl MMC, ya dövlət MMC gözlədib-ödəməyənin haqqını Dövlət Müfəttişliyinin də ödətmək səlahiyyəti yoxdur?

  • İlkin məmmədov

    Pensiya kapitalı hesablama

  • Rey

    Ay key balaxanim, agzinda 144-20=124 deyirsen, sonrada 120- yebolmek deyirsen, biraz diqqetli olmaq lazimdir, vetendashi cash-bash salmayin!

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar