Xalq artisti Rasim Balayevin dəfn yeri məlum olub.
Bakupost.az xəbər verir ki, görkəmli aktyor Birinci Fəxri xiyabanda torpağa tapşırılacaq.
Vida mərasimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.
Xatırladaq ki, Rasim Balayev bu gün İstanbulda yerləşən “Memorial” xəstəxanasında vəfat edib.