Ru
17:11 / 27 Fevral 2023

Regionlar boşalır – Bakıya axının qarşısı necə alınmalıdır?

5934
Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyi Bakıya qeyri-təbii axının olması, regionların boşalması və bunun yaratdığı problemlər, eləcə də prosesin qarşısının alınması ilə bağlı təkliflərlə çıxış edib.

Bakupost.az ictimai birliyin bununla bağlı mətbuata açıqlamsını təqdim edir:

Bu gün Azərbaycanda ən ciddi problemlərdən biri Bakıya axının davam etməsidir.
Ölkə ərazisinin 2,5%-ni təşkil edən paytaxt əhalinin 25%-dən çoxunu özündə cəmləşdirib. Qeyri-rəsmi məlumatlara görə isə bu gün Bakıda təqribən 3 milyondan çox insan daimi yaşayır.

Hər gün regionlardan 500 mindən çox insan paytaxta qısamüddətli giriş-çıxış edir. Paytaxtın avtomobil yollarında sutka ərzində 1 milyona yaxın nəqliyyat vasitəsi hərəkətdə olur.

Son 30 ildə qeyri-təbii urbanizasiya paytaxtda və bütövlükdə ölkədə ciddi problemlərə səbəb olub. Kəndlərdə əhalinin sayı sürətlə azalıb. Bu da bölgələrdə iqtisadi inkişafa, kənd təsərrüfatı məhsullarının istehsalına mənfi təsir göstərib. Paytaxtın həddən artıq "yüklənməsi" ekoloji vəziyyətin pisləşməsi, çirklənmə, tıxaclar və s. kimi ciddi problemlərin yaranmasına səbəb olub. Tənzimlənməyən miqrasiya Bakının və ətraf qəsəbələrin görünüşünə də təsirsiz ötüşməyib. Eyni zamanda kommunal təchizatda ciddi yüklənmələr müşahidə olunur.

Qeydiyyatsız yaşama paytaxtda ictimai sabitlik baxımından da problemlər yaradır. Belə ki, hər il Bakıda baş verən cinayət hadisələrinin təqribən 35 faizi digər şəhər və rayonlarda qeydiyyatda olan və Bakıda yaşayan insanlar tərəfindən törədilir.
Vətəndaşlarının az qala 3/1-nin paytaxtda məskunlaşması, əhalinin 15-20 faizinin qeydiyyatsız, qanunsuz tikilən evlərdə yaşaması ilə bağlı tədbirlər görülməli, ciddi fəsadlar yaradan tənzimlənməyən miqrasiyanın qarşısının alınması üçün mübarizə aparılmalıdır. Çünki belə davam edəcəyi təqdirdə gələcəkdə daha ciddi problemlər ortaya çıxa bilər. Tərəddür etmədən deyə bilərik ki, heç bir ölkədə bu sayda qeydiyyatsız yaşama halları mövcud deyil.

2007-ci ildən fəaliyyət göstərən və miqrasiya sahəsində zəngin təcrübəyə malik olan Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyi olaraq mövcud vəziyyətin hərtərəfli araşdırılmasını zəruri hesab edir, Bakı şəhərinə axının qarşısını almaq üçün inkişaf etmiş ölkələrin təcrübəsindən çıxış edərək təklif edirik:

1. Əsas istiqamət kimi regionlarda yeni iş yerlərinin açılması və investorların regionlara cəlb edilməsi təşviq olunmalıdır.

2. Ali təhsil müəssisələrinin Lənkəran, Gəncə, Quba, Sabirabad, Şirvan, Şamaxı, Şuşa kimi yaşayış məntəqələrinə köçürülməsi təmin edilsin. Özəl ali təhsil müəssisələrinin regionlarda açılması stimullaşdırılmalıdır.

3. Hüquq-mühafizə orqanlarının mərkəzi orqanları istisna olunmaqla digər nazirliklər rayonlara köçürülməlidir. Məsələn, Mədəniyyət Nazirliyi Şuşaya, Kənd Təsərrüfatı Nazirliyi Qarabağ və ya Aran bölgəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qubaya və ya Zaqatalaya, Müdafiə Nazirliyi Gəncə və ya Yevlaxa köçürülə bilər.

4. Böyük istehsal müəssisələri yaratmaq istəyənlərin bölgələrə istiqamətləndirilməsi təmin edilməlidir.

5. Regionlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə güzəştli kretidlərin verilməsini təşviq edilməlidir.

Şərhlər
  • Kazım

    Regionlarda 100 nəfərdən artıq işçisi olan müəssisələr vergidən azad edilsin. Kiçik sahibkarlar ümumiyyətlə vergi verməsin. Əvəzində Bakı şəhərində vergi artırılsın. 3 ay içində bütün müəssisələr regionlara axın edər.

  • Kamil Həmidov

    Nə qədər qəribə səslənsə də sürətli dməir yolu xəttlərinin çoxaldılması Bakıdan əhalinin rayonlara qayıdışına səbəb ola bilər. İş yerləri Bakıda olan şəxslərin əksriyyəti ailəlikcə şəhərdə kirayə yaşayırlar Sürətli nəqliyyat olarsa onlar ailələrini öz evlərinə qaytarar və özləri də rahat şəkildə rayon-şəhər nəqliyyatı rejimindən istifadə edərlər

  • Şəkili

    Bakıya əhalinin axının əsas səbəbi işsizlik problemi ilə əlaqədardır. Əhalinin Bakıya axının yaranmasının əsas səbəbkarları regionlara təyin olunan İcra başçılarıdır. İcra başçısı tərəfindən bir adama 10 vəzifə, yəni işin icrası tapşırılır, 10 adama isə bir iş verilmir.....? Şəki Kommunaxozun müdirinə düz 10 pullu vəzifə tapşırılıb ? Şəki Bələdiyyəsinə rəhbərlik edir, qaynı da Bələdiyyədə pul yığanıdır. İntiqamın özünə tikdirdiyi evin qiyməti milyonla ölçülür ! A qardaş gəlin öz gözünüzlə görün. Bakıya axın belə olaraq yaranır!

  • qemberqulu

    millet bakiya axin ederde 14000 ton apelsin alir irandan.sogan kartof bunlar pakistan ve sairee amma şərait yarat astara lenkeran kend camaaatına qoy teserufatin gucləndirsin bakiya getrende polisler imkan vermir satalar onu vergi bir terefden o bedbext kett camatida becermir .axirdada iran viruslu apelsini soxur bizee genefondumuz mehv olurdaa.daa bundan sora ketçi qalar rayondaaa

  • LERIK

    onun bir yolu var regionlarda iş yerləri qurmaq və təsərufat sahiblərinə icra başçının əliylə yox bank yolu ilə köməyliklər edməy yəni (hər hektara salyarka pulu traktor pulu fəhlə pulu verilir dövlət tərəfindən amma bədbəxt kətçini aldadıb 150-200 manat verirlər davay getdun) bunu nəzərdə tuturam. sora cins heyvanlar verilm'lidi camaata ehtiyac olana amma meselen lerikde cins heyvanlar menimsenilir yerine yerri qoca ineyler alinir ehtiyac olana verilir onlarda qişa çıxmırlar ölurlər özdəridə bilirlər ki bu heyvan qışı öləcəy . və ən vacib də bakıda butun tikililərə kupça verilsin və ondan sora yeni tikililərə (həyət evlərinə)tikintiyə qadağa qoyulsun qoy axının qarşısı alınsın. fisoo burda nə var ki guya dövlət bunu bilmir,?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər