Azərbaycan şou-biznesinin məşhur simalarından olan Rəqsanə İsmayılovanın dələduzluq ittihamı ilə həbsi cəmiyyət arasında ciddi rezonans yaradıb. İllərdir medianın gündəmindən düşməyən Rəqsanə bu dəfə səhnə mahnıları və klipləri ilə deyil, məhkəmə işi ilə müzakirə mövzusuna çevrilib.
Onun qızı isə prezidentə müraciətində anasını “Azərbaycan incəsənətinə ömrünü həsr etmiş sənətkar” adlandırır. Amma ictimaiyyətin böyük hissəsi üçün sual açıq qalır: Rəqsanəni məşhur edən həqiqətənmi incəsənətə xidməti idi, yoxsa gündəlik qalmaqalları?
2000-ci illərin əvvəllərində estrada səhnəsinə qədəm qoyan Rəqsanə İsmayılova qısa müddətdə tanındı. Televiziya efirlərində tez-tez görünməsi, rəngarəng klipləri və konsert proqramları ilə populyarlıq qazandı. O, müəyyən auditoriyanın sevimlisinə çevrilsə də, Azərbaycan musiqisinə ciddi töhfə verən sənətkarlar sırasına düşmədi.
Onun fəaliyyəti daha çox “şou-biznes dalğası” üzərində qurulub – parlaq, lakin tez unudulan mahnılar, vizual effektlərlə dolu səhnə çıxışları və müvəqqəti şöhrət.
Rəqsanənin adı medianın başlıqlarında tez-tez hallanırdı. O, telekanallardakı qalmaqallı verilişlərə qatılmaqla, sensasiyalı açıqlamalar və həmkarlarla qalmaqallar yaratmaqla, səxsi həyatına dair mətbuata məlumatlarlar sızdırmaqla, .ou xarakterli səhnə təqdimatları və kliplələ populyarlıq qazanaraq gündəmdə qalmağı bacardı.
Bu ona məşhurluqla yanaşı insanların mənfi münasibətini də qazandırdı.
Şübhəsiz ki, o, illərlə səhnədə çalışıb, auditoriya qazanıb. Lakin bu fakt avtomatik olaraq “incəsənətə xidmət” demək deyil. Böyük sənətkarlar yaradıcılığı ilə mədəniyyət tarixində iz qoyur. Rəqsanə isə çoxları üçün sadəcə estrada şou-biznesinin qalmaqallı fiqurlarından biri kimi yadda qalıb.
Qızının müdafiə xarakterli açıqlaması anlaşılandır – o, anasının uzun illər fəaliyyətini “xidmət” kimi təqdim edir. Lakin sənət ictimaiyyətində və musiqisevərlər arasında bu yanaşma birmənalı qarşılanmır.
Rəqsanə İsmayılova şou-biznesin ən çox müzakirə olunan simalarından biri olub. Onu məşhur edən əsasən qalmaqallar, şəxsi həyat mövzuları və media ilə daim gündəmdə qalmaq bacarığı idi.
O, ömrünü səhnədə keçirib, amma Azərbaycan musiqisinə klassik mənada xidmət edən sənətkar kimi deyil, daha çox şou-biznes personajı kimi xatırlanacaq.
Aydan,BakuPost