Ru
11:23 / 22 Avqust 2026

Rəsmən Ronaldonun uşaqlarının anası oldu

Rəsmən Ronaldonun uşaqlarının anası oldu
Eye

Ulduz futbolçu Kristiano Ronaldo və Corcina Rodrigezin toyundan bir həftə keçməmiş ailədə daha bir mühüm dəyişiklik baş verib.


"Bakupost" “Qafqazinfo”ya istinadən xəbər verir ki, C.Rodrigez Ronaldonun surroqat anadan doğulan üç övladını övladlığa götürüb.

Bununla Corcina Kristiano Ronaldo Jr., Eva Mariya və Mateo Ronaldonun qanuni anası olub.

Məlumata görə, 2010-cu ildə dünyaya gələn Kristiano Ronaldo Jr. və 2017-ci ildə doğulan əkizlər Eva Mariya ilə Mateo uzun illərdir Corcinanın himayəsində böyüyürlər. Rodrigez onların həyatında ana fiquru kimi iştirak edib və uşaqlarla yaxın münasibət qurub.

Corcinanın Ronaldo ilə münasibətindən iki qızı var. Onlardan Alana 2017-ci ildə, Bella Esmeralda isə 2022-ci ildə dünyaya gəlib. Cütlüyün digər övladı, Bella Esmeraldanın əkiz qardaşı isə doğuş zamanı həyatını itirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar