“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo təkcə futbol meydanında deyil, həm də gündəlik həyatda davranışı ilə gündəm ola bilir.
Bakupost.az xəbər verir ki, portuqaliyalı futbolçunun qızına nəvazişlə qayğı göstərdiyi təsirli ailə videosu sosial mediada yayılıb. Video futbolçunun nişanlısı Corcina Rodriges tərəfindən paylaşılıb. Görüntülərdə Ronaldonun qızı Bellanın saçlarını qayğı ilə bağladığı görünür.
Sadə, lakin inanılmaz dərəcədə isti an dərhal viral olub, milyonlarla baxış və minlərlə şərh toplayıb.