Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" komandasının futbolçusu Kriştianu Ronaldu peşəkar karyerasını başa vurduqdan sonra məşqçiliyə başlamağı planlaşdırır.
Bakupost.az xəbər verir ki, 36 yaşlı hücumçu gələcəkdə "qırmızı şeytanlar"ın gənclər komandasına başçılıq etmək istəyir.
Bu, təcrübəli forvarda Mançester təmsilçisinin akademiyasında yenicə məşqlərə başlayan oğlunun inkişafını izləmək imkanı verəcək.