Bakıda istirahət mərkəzində ölüm hadisəsi baş verib.
Bakupost.az Lent.az -a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən istirahət mərkəzlərində birində qeydə alınıb.
Orada fəhlə işləyən, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Elçin Cavatoviç Ramazanovu elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.