Ru
14:49 / 22 Dekabr 2025

Rusiya ABŞ peyklərini vurmağa hazırlaşır

Rusiya ABŞ peyklərini vurmağa hazırlaşır
Eye

Rusiya orbitdə peykləri sıradan çıxarmaq üçün metal hissəciklərindən ibarət buludlar yaradan yeni silah sistemi üzərində işləyir.

Bakupost.az “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə NATO-ya üzv iki ölkənin kəşfiyyat məlumatlarında qeyd olunub.

Agentliyin tanış olduğu məlumatlarına görə, söhbət “zon təsirli” silahdan gedir. Bu sistem peyklərdən yüz minlərlə metal qırıntılar buraxaraq orbitdə sıx buludlar formalaşdırmağı nəzərdə tutur. Həmin bulud bir anda bir neçə peyki sıradan çıxara bilər. Əsas hədəflərdən birinin “Starlink” peyk şəbəkəsi olduğu bildirilir.

Mütəxəssislər qeyd edirlər ki, belə bir silahın istifadəsi kosmosda nəzarətsiz fəsadlara yol aça bilər. Metal hissəciklərdən ibarət buludları yalnız hədəf alınan peyklərə deyil, orbitdə fəaliyyət göstərən minlərlə digər peykə də zərər vura bilər. Bu risk Rusiyanın öz peyklərini, eləcə də müttəfiqi Çin daxil olmaqla digər ölkələrin kosmik infrastrukturunu da təhlükə altına sala bilər.

Kosmik təhlükəsizlik üzrə mütəxəssis, “Secure World Foundation” təşkilatının nümayəndəsi Viktoriya Semson agentliyə açıqlamasında bu cür silahın real şəkildə hazırlanmasına şübhə ilə yanaşdığını bildirib. Onun sözlərinə görə, belə bir texnologiyanın tətbiqi kosmosda genişmiqyaslı və idarəolunmaz xaosa səbəb ola bilər.

Buna baxmayaraq, Kanada Kosmik Qüvvələrinin komandanı, briqada generalı Kristofer Horner Rusiyanın bu istiqamətdə işləməsini mümkün hesab edir. O, əvvəlki illərdə Rusiyanın nüvə kosmik silahları üzərində işlədiyinə dair səslənən ittihamları xatırladaraq, bu cür layihələrin istisna edilmədiyini vurğulayıb.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar