Ru
16:03 / 22 Dekabr 2025

Süni intellekt klarneti silahla səhv saldı – Uşaqlar məktəbdə bağlı qaldı

Süni intellekt klarneti silahla səhv saldı – Uşaqlar məktəbdə bağlı qaldı
Eye

ABŞ-ın Florida ştatında məktəblərdən birində tətbiq edilən süni intellekt əsaslı təhlükəsizlik sistemi ciddi insidentə səbəb olub.

Bakupost.az “Futurism” nəşrinə istinadən xəbər verir ki, Videokameralara inteqrasiya olunmuş neyroşəbəkə musiqi alətini silah kimi tanıyaraq məktəbin giriş-çıxışlarını avtomatik bloklayıb və nəticədə şagirdlər məktəb binasında kilid altında qalıb.

Hadisə zamanı şagirdlərdən biri klarnetlə məktəbdə daxil olub. Süni intellekt sistemi isə musiqi alətini odlu silah kimi qəbul edərək təhlükəsizlik protokolunu işə salıb və giriş-çıxış qapılarını bağlayıb.

Məktəbin direktoru bildirib ki, sistemin işə düşməsinə səbəb olan şagird “musiqi alətini silahı xatırladan şəkildə tutub”. O, valideynlərə müraciət edərək uşaqlarla məktəb ərazisində silah təsviri yaratmağın nə qədər təhlükəli ola biləcəyi barədə danışmağı xahiş edib.

Nəşr yazır ki, məktəbdə konkret olaraq hansı təhlükəsizlik sietmindən istifadə edildiyi açıqlanmayıb. Bununla belə, nəşr qeyd edir ki, 17 klavişli klarneti tüfəngdən ayıra bilməyən süni intellekt sisteminin mövcudluğu ciddi narahatlıq doğurur.

Hadisə süni intellektin təhlükəsizlik sahəsində tətbiqi zamanı səhvlərin hansı nəticələrə gətirib çıxara biləcəyini bir daha gündəmə gətirib və bu cür texnologiyaların etibarlılığı ilə bağlı müzakirələri gücləndirib.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar