Rusiya Estoniya səfirliyinin əməkdaşını "Persona non grata" (arzuolunmaz şəxs) elan edib və ölkədən çıxarır.
Bakupost.az "İnterfax"a istinadən xəbər verir ki, 4 sentyabrda Estoniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Marek Yuhteqi Rusiya XİN-ə çağırılıb.
Görüş zamanı Rusiya tərəfi 13 avqustda Estoniyanın Rusiyanın Tallindəki səfirliyinin əməkdaşını heç bir əsas göstərmədən "Persona non grata" elan etməsinə görə kəskin etirazını bildirib.
Rusiya XİN əlavə edib ki, qarşılıqlılıq prinsipinə əsasən, Estoniyanın Moskvadakı səfirliyinin bir əməkdaşı da ölkədən çıxarılır.