Ru
21:12 / 14 Aprel 2026

Rusiya ordusu xaricdəki vətəndaşlarını qoruyacaq - YENİ QANUN

Rusiya ordusu xaricdəki vətəndaşlarını qoruyacaq - YENİ QANUN
Eye

Rusiya Dövlət Duması ölkə hüdudlarından kənarda çətin duruma düşən vətəndaşların müdafiəsi strategiyasında ciddi dəyişikliklərə səbəb olacaq yeni qanun layihəsini birinci oxunuşda təsdiqləyib.


Bakupost.az rg.ru-ya istinadən xəbər verir ki, sözügedən sənəd başqa dövlətlərin məhkəmə instansiyaları tərəfindən cinayət məsuliyyətinə cəlb edilən Rusiya vətəndaşlarının müdafiəsi məqsədilə Rusiya ordusunun tətbiqinə şərait yaradacaq.

Rusiya hökuməti ölkə rəhbərinə həbs edilən, nəzarətə götürülən və müxtəlif formalarda təqiblərlə üzləşən vətəndaşların təhlükəsizliyini təmin etmək üçün hərbi qüvvələrin cəlb olunması barədə göstəriş vermək hüququnun tanınmasını irəli sürüb. Bu təşəbbüs Rusiyanın iştirak etmədiyi beynəlxalq məhkəmələrin və ya xarici hüquq-mühafizə orqanlarının qərarlarına, həmçinin verilən hökmlərin rəsmi Moskvanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və yaxud BMT Təhlükəsizlik Şurasının sənədlərinə əsaslanmadığı vəziyyətlərə şamil edilir.

Qanun layihəsinə görə, ölkə prezidentinin müvafiq sərəncamından sonra, yuxarıda qeyd olunan şəxslərin müdafiəsi istiqamətində Rusiyanın aidiyyəti dövlət qurumları da öz səlahiyyət hüdudlarında zəruri addımlar atmalıdırlar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar