Ru
21:28 / 23 May 2026

Rusiya “Oreşnik”lə DƏHŞƏTLİ ZƏRBƏYƏ hazırlaşır - Zelenskidən TƏCİLİ AÇIQLAMA

Rusiya “Oreşnik”lə DƏHŞƏTLİ ZƏRBƏYƏ hazırlaşır - Zelenskidən TƏCİLİ AÇIQLAMA
Eye

Ukrayna kəşfiyyatı ABŞ və avropalı tərəfdaşlarından Rusiyanın “Oreşnik” raket sisteminin tətbiqi ilə yeni zərbəyə hazırlaşdığı barədə məlumatlar əldə edib.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski yerli mediaya açıqlamasında bildirib.

Ukrayna dövlət başçısının sözlərinə görə, hazırda bu məlumatlar yoxlanılır.

Bununla belə, Rusiyanın Ukrayna ərazisinə, xüsusən də Kiyevə müxtəlif silahlardan istifadə etməklə kombinə edilmiş zərbə hazırladığına dair məlumatlar mövcuddur.

Zelenski Ukraynanın hava hücumundan müdafiə (HHM) sistemlərini mümkün qədər hazırlıqlı vəziyyətə gətirdiyini və hər bir Rusiya zərbəsinə tamamilə ədalətli şəkildə cavab veriləcəyini vurğulayıb:

“Biz parada icazə verdik, lakin Rusiyanın dəlilik etməyə icazəsi yoxdur. Bu müharibəni bitirmək lazımdır, bir insanın xəstə ambisiyalarını təmin etmək üçün hansısa raketlər yox, sülh lazımdır”.

Ukrayna lideri bu axşamdan etibarən hava həyəcanı siqnallarına qarşı xüsusilə diqqətli olmağın vacibliyini qeyd edib. Rusiya tərəfi isə hələlik Ukrayna prezidentinin bu bəyanatını şərh etməyib.

Digər tərəfdən, prezident Volodimir Zelenski Rusiyanın Perm diyarının Qubaxa şəhərində yerləşən “Metafraks Kemikals” zavoduna endirilən zərbəyə görə Ukrayna Təhlükəsizlik Xidmətinə (UTX) təşəkkür edib. Sözügedən müəssisə Rusiyanın ən böyük metanol və onun törəmələrinin istehsalçılarından biri hesab olunur.

Ukrayna prezidenti öz rəsmi teleqram kanalında bildirib ki, “Metafraks Kemikals” Rusiya kimya sənayesinin mühüm tərkib hissəsidir və onun məhsulları onlarla digər hərbi istehsal sahəsini, aviasiya texnikası, dronlar, raket mühərrikləri və partlayıcı maddələrin hazırlanmasını təmin edir. Zelenskinin sözlərinə görə, hücum nəticəsində müəssisədə istehsal prosesi tamamilə dayandırılıb.

Bundan əvvəl Perm diyarının rəhbərliyi regiondakı sənaye müəssisələrindən birinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olunduğunu təsdiqləyib. Qubernator Dmitri Maxonin hadisə zamanı xəsarət alanların olmadığını və bir neçə PUA-nın hələ hədəfə çatmamış vurulduğunu bəyan edib. Baş vermiş hücum səbəbindən Perm hava limanının fəaliyyəti də müvəqqəti olaraq dayandırılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar