Estoniya Rusiyaya məxsus 3 "MiQ-31" qırıcısının ölkənin hava məkanını pozduğunu bildirib.
Bakupost.az xəbər verir ki, bu barədə Estoniya mediası məlumat yayıb.
Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilinin çağırıldığını açıqlayıb. Ona nota təqdim edilib və hücumla bağlı etiraz edilib.
Estoniya XİN hadisənin Finlandiya körfəzi üzərində baş verdiyini və qırıcıların Estoniyanın hava məkanında 12 dəqiqə qaldığını bildirib.