Ru
17:03 / 19 Sentyabr 2025

Talibandan iranlı yazıçı və qadınlara QADAĞA

Talibandan iranlı yazıçı və qadınlara QADAĞA
Eye

Əfqanıstanda Taliban hakimiyyəti ali təhsil sahəsində yeni və sərt məhdudiyyətlər tətbiq edib.

Bakupost.az BBC-yə istinadən xəbər verir ki, dövlət və özəl universitetlərə göndərilən iki göstərişlə 18 fənnin tədrisi tam qadağan edilib.

Bununla yanaşı, qadın müəlliflərin və iranlı yazarların kitablarının da tədrisinə qadağa qoyulub.

Yeni qaydalara əsasən, qadınların yazdığı 140 kitab da daxil olmaqla, ümumilikdə 679 adda nəşr “şəriət və hökumət siyasətinə zidd” olduğu iddiası ilə tədris proqramlarından çıxarılıb. Qadağan edilən fənlərin altısı isə bilavasitə qadınlarla və gender məsələləri ilə bağlıdır.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar