Ru
18:46 / 19 Sentyabr 2025

Trampın helikopteri Londonda təcili eniş etdi

Trampın helikopteri Londonda təcili eniş etdi
Eye

ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniyanın olduğu helikopter Londonun Luton hava limanında planlaşdırılmamış eniş etməyə məcbur olub.

Bakupost.az xəbər verir ki, bu barədə "Independent" qəzeti Ağ Evə istinadən yazıb.

Məlumata görə, hadisə Tramp cütlüyünün Böyük Britaniyanın Baş naziri Kir Starmerin şəhərkənarı iqamətgahından qayıdarkən baş verib.

ABŞ liderinin helikopterində hidravlik sistemdə kiçik problem yaranıb.

Ehtiyat tədbiri olaraq, helikopterin Luton hava limanında eniş etməsinə qərar verilib. Orada Tramp və həyat yoldaşı ehtiyat helikopterə minərək əvvəlcədən getməyi planlaşdırdıqları Stansted hava limanına doğru yola davam ediblər.

Xatırladaq ki, ABŞ Prezidenti 16-18 sentyabr tarixlərində Birləşmiş Krallıqda səfərdə olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar