Ru
22:29 / 25 Noyabr 2025

Rusiya və Ukrayna razılaşmaya çox yaxındır - Tramp

Rusiya və Ukrayna razılaşmaya çox yaxındır - Tramp
Eye

Rusiya və Ukrayna müharibəyə son qoymaq üçün razılığa gəlməyə çox yaxındırlar.

Bakupost.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Şükranlıq günündən əvvəl Ağ Evdə keçirilən mərasimdə çıxışı zamanı deyib.

"Bu, asan deyil. Amma düşünürəm ki, biz bunu edə bilərik və razılaşmaya çox yaxınıq. Bunu öyrənəcəyik. Düşünürdüm ki, bunu daha tez etmək olar", - Tramp bildirib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı münaqişənin həlli üçün Vaşinqton tərəfindən təklif olunan ilkin sülh planı 28 bənddən ibarət idi. Layihəyə əsasən, Ukrayna Krımı, Donbası və digər işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımalı, NATO-ya üzvlük kursundan imtina etməli, Moskva isə sanksiyaların qismən götürülməsi və "Böyük səkkizlik" (G8) formatına qayıtmaq imkanı əldə etməli idi.

Sonradan Ukrayna tərəfi ilə aparılan danışıqlar zamanı sülh planı əhəmiyyətli dərəcədə dəyişdirilib və Kiyevin maraqları nəzərə alınaraq 19 bəndə qədər azaldılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar