Ru
13:53 / 21 Avqust 2026

Rusiyada azərbaycanlı diaspor lideri saxlanıldı - VİDEO

Rusiyada azərbaycanlı diaspor  lideri saxlanıldı - VİDEO
Eye

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Perm diyarında Azərbaycan vətəndaşı Ruslan Məmmədov Məmməd oğlunu saxlayıblar.

“Bakupost” bu barədə məlumat Rusiyanın teleqram kanallarında yayılıb.

Məlumata görə, o, Azərbaycan diasporunun liderlərindən biridir.

Bildirilib ki, onun Rusiyaya girişinə qadağa qoyulub. Qadağanın müddəti 4 iyun 2076-cı ilədək müəyyən edilib.

Ruslan Məmmədovun saxlanılması və ölkəyə girişinə uzunmüddətli qadağa qoyulması Rusiyada Azərbaycan icmasının nümayəndələrinə qarşı son dövrlərdə artan təzyiqlər fonunda növbəti belə hal kimi qiymətləndirilir.

Yasəmən, BakuPost




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar