Ru
16:52 / 29 İyul 2026

Rusiyada erməni məhsullarına qadağa: İrəvan 102-ci bazanı çıxarır?

Rusiyada erməni məhsullarına qadağa: İrəvan 102-ci bazanı çıxarır?
Eye

Rusiyada Ermənistan məhsullarının idxalına qoydulan qadağa davam edir. Artıq bir neçə aydır ki, Rusiya Ermənistandan gətirilən kənd təsərrüfatı, meyvə, içkilər və balıq məhsullarının ölkəyə girişinə qadağa qoyub. Məhdudiyyətlərin götürülməsilə bağlı Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı da nəticə verməyib. Bu fonda Avropa İttifaqının Ermənistanı xilas etmək cəhdləri də demək olar ki, nəticə vermir. Avropada həmin məhsullara tələbat demək olar ki, çox aşağı səviyyədədir.

Yaranmış vəziyyətdən çıxmaq və Moskvanı geri dönüşə meylləndirmək üçün İrəvan son addımlardan biri olaraq Gümrüdəki Rusiyaya məxsus 102-ci hərbi bazanın bağlanması məsələsini gündəmə gətirə bilərmi?

Politoloq Zərdüşt Əlizadə Bakupost.az-a bildirib ki, İrəvanın belə bir qərar verməsi onun üçün təhlükəli olar:

“Rusiya 102-ci hərbi bazanı Ermənistan üzərində nəzarətin əsas aləti hesab edir. Nəzəri cəhətdən və hüquqi baxımdan İrəvan hərbi bazanın çıxarılması məsələsini qoya bilər. Hamı da bilir ki, vaxt gələcək bu baş verəcək”.

Ekspertin sözlərinə görə, indiki mərhələdə İrəvanın əli o qədər də güclü deyil ki, sözügedən məsələni qaldırsın:

“Bəzi hallarda siyasi rəhbərlər siyasi aqibəti görmədən belə addımlara əl atırlar. Ermənistan da məhsullarına qoyulan məhdudiyyətlər fonunda rus hərbi bazasının çıxarılmasını tələb etsə, Rusiya bu ölkədə hərbi çevriliş təşkil edə bilər. Buna Moskvanın imkanları çatır. Ermənistan əhalisi arasında kifayət qədər əli silahlı var ki, Rusiyanın əmrini gözləyir”.

Müsahibimiz hesab edir ki, hələlik Rusiya biabır olmamaq üçün buna getmir:

“Bu bir çox amillərdən, o cümlədən ABŞ-nin İrəvan səfirliyində 2500 nəfərlik əməkdaşın olmasından asılıdır. Hansı ki, onların cəmi 100 nəfəri diplomatdır. 2400 nəfəri isə hərbi dəniz piyadasının üzvləridir. Onların isə döyüş qabiliyyəti Ermənistanda çevrilişə cəhd edən qüvvələrin döyüş qabiliyyətindən qat-qat yüksəkdir. Ona görə də Rusiya buna cəsarət etmir”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar