Ru
09:14 / 13 Yanvar 2026

Rusiyada güclü zəlzələ oldu

Rusiyada güclü zəlzələ oldu
Eye

Rusiyanın Kuril adaları yaxınlığında zəlzələ baş verib.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, seysmoloji xidmətlərin məlumatına görə, zəlzələ 5,6 bal gücündə olub. Yeraltı təkanlar yerli vaxtla saat 12:52-də, (Bakı vaxtı ilə isə 05:52-də) baş verib.

Məlumata əsasən, zəlzələnin episentri Kuril adalarında Iturup adası yaxınlığında, Reydovo yaşayış məntəqəsindən təxminən 214 kilometr məsafədə olub. Təkanlar təxminən 423 kilometr dərinlikdə qeydə alınıb.

Böyük dərinlikdə baş verdiyi üçün zəlzələ yer səthdə zəif hiss olunub. İlkin məlumatlara görə, dağıntı və tələfat qeydə alınmayıb.

Seysmoloji qurumlar bildirir ki, zəlzələnin həm orta güclü, həm də çox dərin olması səbəbindən sunami təhlükəsi istisna edilir.

Hadisə ilə bağlı əlavə məlumatlar dəqiqləşdirilir.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar