Ru
17:20 / 25 Fevral 2026

Rusiyadan deportasiya olunanların sayında ciddi azalma

Rusiyadan deportasiya olunanların sayında ciddi azalma
Eye

2025-ci ildə Perm vilayətindən 247 xarici vətəndaş deportasiya olunub. Bu göstərici ötən illə müqayisədə demək olar ki, 2,5 dəfə azdır.

Bakupsot.az xəbər verir ki, bu barədə Perm vilayəti üzrə Federal Məhkəmə İcraçıları Xidməti məlumat yayıb.

Çıxarılanların çoxu Tacikistan vətəndaşlarıdır. İkinci yerdə Özbəkistandan olanlar qərarlaşıb. Həmçinin vilayət ərazisində keçmiş sovet respublikalarından - Türkmənistan, Azərbaycan, Qırğızıstan, Ermənistan, Qazaxıstan və Moldovadan gələnlərin də qanunsuz yaşadığı müəyyən edilib. Bundan başqa, Nigeriya, Mərakeş, İraq, Hindistan, Kuba və Çin kimi uzaq xarici ölkələrin vətəndaşları da məcburi qaydada öz ölkələrinə göndərilib.

Bundan əvvəl Perm məhkəmələri çıxarılan bütün şəxsləri Rusiya Federasiyasına giriş və ölkədə qalma qaydalarını pozmaqda təqsirli bilib. Məhkəmə İcraçıları Xidmətinin Perm vilayəti üzrə xüsusi təyinatlı şöbəsinin əməkdaşları barələrində deportasiya qərarı verilənləri dövlət sərhədində yerləşən buraxılış məntəqələrinə qədər müşayiət edərək onları Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti əməkdaşlarına təhvil veriblər.

Həmin şəxslərin pasportlarına ölkədən çıxarılma barədə möhür vurulub və miqrasiya qanunvericiliyini pozan şəxslər üçün beş il müddətinə Rusiyaya giriş qadağan edilib.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar