Ermənistanda həbsdə olan “Taşir” Şirkətlə Qrupunun rəhbəri, rusiyalı oliqarx Samvel Karapetyan “Öz yolumuzla” adlı hərəkatın yaradılacağını elan edib.
Bakupost.az xəbər verir ki, Ermənistan KİV-ləri xəbər verir.
Karapetyan həbsxanadan göndərdiyi müraciətində bildirib ki, tezliklə təqdim olunacaq bu hərəkat konkret ideyalar və proqramlar ətrafında formalaşıb.
“Məqsədimiz iqtisadiyyatı inkişaf etdirmək, biznes üçün real imkanlar yaratmaq, ailə və milli dəyərləri gücləndirmək, Ermənistanın etibarlı tərəfdaş kimi nüfuzunu bərpa etmək, “Artsax” xalqının layiqli həyat hüququnu təmin etmək, gənclərin gələcəyə inamını qaytarmaq, təhsil sistemini inkişaf etdirərək Erməni Apostal Kilsəsini qorumaq və saxlamaqdır”, – deyə iş adamı qeyd edib.
O vurğulayıb ki, bu hərəkat yeni bir siyasi qüvvənin formalaşmasının əsası olacaq.
İş adamı xatırladıb ki, avqustun 14-də məhkəmə onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması məsələsinə baxacaq.
Lalə,
BakuPost